Yuxuda dünyayla vidalaşırdım,Dünya gözəl idi, ayrılmaq çətin.Deyirlər, yaxşıdır qocalıb ölmək,Belədir qanunu kor təbiətin.Dünyadan ayrılmaq çətindir, gülüm,Tez də gəlsə, gec də aparsa ölüm.Həyatın günləri keçsə də acı,Ölümdən istəmir insan əlacı...Yaşamaq – namuslu bir insan kimiİnsana şərəfdir, böyük nemətdir.Ömrün uzunluğu bəs deyil, ömrünMənalı keçməsi bir səadətdir.Ömrü kitab kimi vərəqləyəndəNə qədər boş günün, ziyanın olmuş.Nə qədər yaşayıb yaratmısansaBu ana torpağın, dünyanın olmuş.Boş keçən günlərin ağ vərəqlərdir,Yazmamısan ora bir sətir belə.Çalışaq, dolduraq günlərimiziHəyatın işıqlı nəğmələriylə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets