De: “Mənim namazım da, ibadətim də, həyatımvə ölümüm də aləmlərin Rəbbi Allah üçündür”(“əl-Ənam” surəsi, 162-ci ayə)

Düşdüm Peyğəmbərdənyazmaq eşqinə,Sidq ilə, sevgiylə“Bismillah” dedim.“Məndən əsirgəməməhəbbətini,Güc ver varlığıma,ya Allahl” dedim.Ağırdı bu işinaltına girmək,Çətindi bu yükəçiynimi vermək.İradəm bu işəgətirməsə tab,Sirdaşım dərd olar,qismətim əzab.Səndən verilməsəxeyir-duası,Səndən yetişməsənuru, ziyası,Səndən yoğrulmasaxəmri, mayası,Nə əsər yaranar,nə kitab olar.Alimin qazancıürəkağrısı,Şairin qazancıiztirab olar.

Qarşıda bir eşqinimtahanı var,Etmə bu yollardameydanımı darlSəndən umacağım,umduğum budur,Qırma ürəyimi,ey Pərvərdigar)Kövsər irmağıtəkdurulsun qanım,Eşqindən od ver ki,alışsın canım.Ruh ver, nəfəsinləsağalsın yara,Nur ver, işıq salımqaranlıqlaralDil ver, bal eləsinsözüm dilləri,Yol ver, rahat keçimbu mənzilləri.Söz ver, islam adlıdinindən yazım,Toxumundan yazım,dənindən yazım.Göz ver, bir qatındayeddi qat görüm,Zahiri anlayım,batini seçim.Uzaq bir səfərəehtiyat görüm,İslamın pirindən,mərdindən yazım.Yazım Məhəmmədinsəadətindən,Yazım Peyğəmbərindərdindən, yazım.

İslamın eşqinətikib-qurduğumQalanı göstərim,bürcü göstərim.Öhdəmə düşəniçatdırım başa,Qaytara bildiyimborcu göstərim.Ağırmı, yüngülmü,boşmu, dolumu,Bu elmin yükünüaxtarım, tapım.Fürsət ver, bugünküdərdlərimizinDünəndə kökünüaxtarım, tapım.Təpər ver, əlimdəqələm əsməsin,Mən öz kitabımanöqtə qoymamışBaşımın üstünüəcəl kəsməsin.Elə yazmalıyambu əsəri mən,Mənim taleyiməsavab yazılsın,Mənim ünvanımasuç yazılmasın.Allahın eşqiyləyazılmayan sözBəndənin əliyləheç yazılmasın.“Ey ulu Yaradan,ey qadir AllahiSəndən mənə gələnbağları kəsmə,Qəlbimdə səslənənteli qırma sən.Zəlimxan qulunu,şair bəndəniPeyğəmbər yanındautandırma sənli”Nə çörək, nə sudurmurazım mənim,Tanrıdan tək budurmurazım mənimlBir Qədr gecəsiistəyirəm mən,Yerdən də, göydən dəsavab göndərə,Saça işığınıqaranlıqlara,Gizli suallaracavab göndərə.Bir Qədr gecəsiistəyirəm mən,Hər sətri Allahınnuruyla dolu“Peyğəmbər” adındakitab göndərə.Tanrı sevgisiylədinəm, dindirəm,Yazdıran Haqq ola,yazan mən olam.Ala salamımıgöydən mələklər,Bilalın” çəkdiyiazan mən olam.

Haqq məni döndərəhaqq aşiqinə,Bu eşqin yolundaozan mən olam.Bir Qədr gecəsiistəyirəm mən,Məni sübhə kimioyaq saxlasın.Versin Yaradanımistədiyimi,Mələklər yanımdaayaq saxlasın.Bir Qədr gecəsiistəyirəm mən,“Qurani-Kərimi”endirən gecə,Basıb öz bağrınaPeyğəmbərimi,Allahın diliylədindirən gecə.İdrak da, ağıl da,ruh da, nəfəs də,Canda nizam olsun,başda cəm olsun.Çatdırsın fikrimiqadir Allaha,Ayların içindəmin aydan baha,“Min aydan xeyirlibir gecə”m ” olsun.Bütün qapılarıtaybatay açanBir istək, bir sevgi,bir qılıq olsun.

Mənim də qapımımələklər açsın,Bu mənə ən böyükyaxşılıq olsun.Yerbəyer eləsinağır-yüngülü,Qursun tərəzidəhər mizanımı.Versin ZəlimxanınixtiyarınaAyların sultanıRamazanımı.O gecə dan yerisökülənədək,Ulduzlar göylərdənçəkilənədək,Təzə tarlalaratəzə toxumlarTəzə arzu kimiəkilənədəklQədr gecəsinə

Qədr gecəsinədeyim sözümü.Deyim: “Ey Allahınqadir gecəsi,Saysız gecələrinnadir gecəsi,Dayaz sahillərdəçox üzmüşəm mən,İzin ver, bu dəfəkeçim dərindən,İzin ver, söz açımPeyğəmbərindən”.Bu əhdi yerinəyetirmək üçün,Peyğəmbər bağındançiçəklər dərib,“Peyğəmbər” əsərinbitirmək üçün,Ulu Məhəmmədinçox istədiyiBir dua gecəsi,hacət gecəsi,Bir ətir gecəsiistəyirəm mənlBir ulu mərhəmət,bir uca hörmət,Bir xətir gecəsiistəyirəm mənlKönül dastanınıbaşa vurmağaİradə gecəsi,dözüm gecəsi,Bir səbir gecəsiistəyirəm mənlBir Qədr gecəsiistəyirəm mən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets