Bu rəssam təbiətin rənglər dünyasındayam,Vurulmuşam torpağın yaşılına, alına.Öpüş alıb güllərin şeh çilənmiş üzündən,Dönmüşəm pətəyinə, çevrilmişəm balına.

Düşünən yaradası, yoğuran yapasıdı,Burda vaxt itirən kəs gözəllik tapasıdı.Oğlanlar dəstə-dəstə, qızlar gül topasıdı,Hər çiçəkdən zər qonub yanaqların xalına.

Xəbərim yox özümdən, ruhumdan, yaddaşımdan,Nə canımdan xəbər var, nə çatılan qaşımdan.Ağıllılar gülməsin, ağlım çıxıb başımdan,Gəlin indi siz baxın Zəlimxanın halımal

2004, 4 oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring