Yaşıl bir diyardayam,Qəlbimə qüvvət gəlib.Çiçəklərdən ruhuma,Azıb təravət gəlib.

İşıq mənəm, nur mənəm,Eşqi çaydan gur mənəm.Dağ kimi məğrur mənəm,Dizimə taqət gəlib.

Nə yol kəsən yağış var,Nə qar-boranlı qış var.Göylərə çağırış var,Tanrıdan dəvət gəlib.

2004, 3 oktyabrCenevrə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring