Aşıq Kamandara
Əkdiyin gülləri, gəzdiyin bağı,Bağban ol, doyunca qoxla, Kamandar.Vaxtsız ayrılığı, vədəsiz köçü,Sazın ovsunuyla oxla, Kamandar.
Zaman yağdırsa da saça qarını,Vermisən ellərə eşqin barını.Tərlan duruşunu, şah vüqarını,Yüzdə də beləcə saxla, Kamandar.
Dil ver avazınla lal qayalara,Dilindən süzülən bal qayalara.Taleyin bənzəsin sal qayalara,Nə əyil, nə də ki, laxla, Kamandar.
Ruhunla Qorqudtək qocalardasan,Ahınla tüstülü bacalardasan.Bəndə dərgahından ucalardasan,Tanrı dərgahını haxla, Kamandar.
Əsən küləklərlə yarışmağı var,Sellərə, sulara qarışmağı var.Şairdi, küsməyi, barışmağı var,Hərdən Zəlimxanı yoxla, Kamandar.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-asiq-kamandara
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qurtuluş Kamala inanla olur,Hökumət seçilmiş bakanla olur,
GedərBaykalın suları lal,Axar gedər, axar gedər,
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat