Dənizə baxıram
Dənizə baxıram dalğın, fikirli,Baş vur, qucağımda üz deyir mənə.Ömrü əbədidi, tarixi sirli,Əfsanə danışır, söz deyir mənə.
Dənizə baxıram, sevinir ürək,Dalğa şöhrətinə çatır ləpələr.Sevdiyim nəğmənin şirinliyitək,Mənim ürəyimə yatır ləpələr.
Çatdığı zirvədən istəmir enə,Olub dalğaların saçı qar kimi.Dənizin sinəsi qabarıb yenə,Oğlu şair olan analar kimi.
1974, 22 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-denize-baxiram
Use ← → keys to move, R for a random poem
More by this author
Məmməd Aslana
Harda gül görürsə, ayaq saxlayır,Çiçək dəlisiymiş şair olanlar.
Sabir rüstəmxanlıyaBir gün məni dağ oynatdı yerindən,Bir gün məni dağ laləsi çağırdı.
Murad köhnəqalayaAy Murad, sehrinlə qır tilsimləri,Bir görək o köhnə qalada nə var?
Mahal ismayıloğlunaÖzüm dərdəm, adım dərdnən adaşdı,Ağlamaqnan bağrım yaman badaşdı.