Murad köhnəqalaya
Ay Murad, sehrinlə qır tilsimləri,Bir görək o köhnə qalada nə var?Haqqın dərgahına qaldır bizləri,Bir görək o ərşi-əlada nə var?
İtirdi nurunu göz ağlamaqdan,Füzuliyə döndü söz ağlamaqdan.Görən nə tapmışıq biz ağlamaqdan,Bu qədər ağrıda, bəlada nə var?
Həm toydan xəbər al, həm yasdan soruş,Hər köhnə kişidən bir dastan soruş.Dünyanın rəngini Yunusdan soruş,Yaşılda, qarada, alada nə var?
Dəmir əsalara sözünü dedi,Dəmir çarıqları daş yollar yedi.Saxla bir anlığa bu gethagedi,Bu qədər çuxurda, çalada nə var?
Baxmadı çəkdiyin amana, aha,Dövrün sitəmindən yoruldun daha.Nə çox boylanırsan qadir Allaha,Baxdığın o Allah-təalada nə var?
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-murad-kohneqalaya
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Düşmüşük yollara, qismət Allahdan,Bəxtimizi qara, ya da ağ eylər.
Nə bir haziq təbibim var ki, mühlik dərdimi görsünNə bir haziq təbibim var ki, mühlik dərdimi görsün,Nə bir sadiq rəfiqim var ki, kahi halımı sorsun.
İsmayılaBu tac, bu taxt qılınc vəfa,Şıx oğlu Şah İsmayıla.
OlarGörməmişlər pul görəndə sevinər,Ağıl gedər, elə bil ki, məst olar.