Odu dalğa vuran ocaq kimiydim,Od söndü, oynatdın külümlə məni.Kədərdən, həsrətdən uzaq kimiydim,Sən qohum eylədin zülümlə məni.

Aylarmı, illərmi çıxdı əlimdən,Elə qismətimə bir günmü düşdü.Üzünü-gözünü bozardanda çən,Sevinc bu yerlərdən sürgünmü düşdü.

Görüşlər olsa da şirindən şirin,Vaxtsız ayrılıqlar qəlbini sıxıb.Sevilən şairin, sevən şairin,Evini həmişə gözəllər yıxıb.

1975, 13 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation