Bir yola çıxmışam – uzaq bir yola,Zəvvaram, getdiyim ziyarət yolu.Xoşbəxtlik mənimlə girsə qol-qola,Vüsalla bitəcək bu həsrət yolu.

Sınaqdan keçirir yollar adamı,İnsan yol boyunca imtahan verir.Bərkiyir bişmişi, təntiyir xamı,Kimi cana gəlir, kimi can verir.

Dolama yolların vurğunuyam mən,Min dağdan dolanır, min düzdən keçir.Nə qədər qismətdən, bəxtdən, taledən,Nə qədər gecədən, gündüzdən keçir.

Yeriyəndi ayaq, yaradandı əl,Gəzmək də, getmək də xoşdur.Yolların qoynunda yerimək gözəl,Yolların qoynunda ölmək də xoşdur.

Yollar kənarında nəfəs dərməyə,Yaşıl çəmən də var, gül-çiçək də var.Hazır ol zülmünə sinə gərməyə,Qarşıda tikan da, daş-kəsək də var.

Hələ ki cavanam, budur təsəlli,Baxan saçımdakı qaradan bilir.Yol hardan başlanır, özümə bəlli,Yol harda bitəcək, Yaradan bilir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring