Sənin gülüşlərin
Qarşımda nazlanıb yenə gülürsən,Bilsən gülüşlərin nəyə bənzəyir?Mən desəm artıqdır, özün bilirsən,Lalə yarpağında şehə bənzəyir.
Sənin gülüşlərin bir rüzgar kimiƏsərkən arzumun gülü açılır.Gülsə dodaqların ulduzlar kimiRuhuma bir sərin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından,Bu oynaq gülüşlər umulmuşmudur?Sənin hər qəhqəhən ay kənarındanKeçən buludmudur, uçan quşmudur?
Sənin gülüşlərin yaz səhərindənHissimə, fikrimə sanki rəng alır.Gül ki, şeirlərim gülüşlərindənQırılmaq bilməyən bir ahəng alır.
Sən güldüyün zaman bu şad günümdəAçılır qarşımda, canlanır bahar.Bəzən başucumda, bəzən önümdəŞimşəklərim çaxar, sularım axar.
Cahan ki solmayan bir bağça-bağdır,Burda rəvamıdır gülmədən ölmək!Yazıq o şəxsə ki, qaraqabaqdır,Nə qədər yaraşır insana gülmək!
Смех твой, звенящий в моих ушах,Если б ты знала, на что похож, —Это на маковых лепесткахПередрассветных росинок дрожь.Смех твой как вспугнутый ветерок,Лепет весеннего утра в нем.Губы твои, как звездный цветок,Холодноватым манят огнем.Этот смеющийся нежный ротВидеть хотя бы издалека!Смех твой дразнящий меня зоветИ ускользает, как облака.Птица, летящая в высоту,Проблеск луны средь талых ветвей —Смех твой дает стихам остроту,Делает чувства мои ясней.День наступает счастливый мой,‚Снова приходит весна тогда,Молнии мечутся над головой,И, торжествуя, течет вода.Мир — это вечно цветущий сад,Плеск и движенье, трепет и шум.Жаль мне того, кто жизни не рад,Кто не смеется и кто угрюм.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-senin-guluslerin
Use ← → keys to move, R for a random poem
More by this author
Eşq olsun o titrək baxışlarındaAçan çiçəklərə, açan güllərə.
Nə deməkdir?Çoxdandır çalınmayır divardan aslı tarın,Tutqun bir ürək kimi telləri paslı tarın,
NeftDün şövq ilə mədənləri gəzdik;Çox baxdı buruqlar bizə dik-dik.
N.Ostrovski üçünDağlarda, daşlarda bir qartal kimiSarpdı yorulmadan qanadın sənin!
Poems by other poets · Nature and spring
Baharın gülşən çağındaNə oxursan, sona Kəklik!
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarəGəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə