Sənin gözlərin
Sənin gözlərinmi gənclik bağında,Yoxsa nərgizlərin sayrışıb oynar?Yoxsa çıxılmayan eşqin dağındaÖmrümün dirilik çeşməsi qaynar?
O qara gözlərin deyil parlayan,Ulduzlar içimdə gecələrimdir.Bəlkə də ruhuma aydınlıq yayan,Bir sərin,ziyalı,yaz səhərimdir.
Qoy desin dünyanın el aşıqlarıBu şövqü kim mənim ruhuma yaydı,Donardım ruhumun şən işıqlarıQəlbimin camında qırılmasaydı.
Qara qış üstümə tökər qarınıNərgiz gözlərindən məni ayırsan.Mənim ümidimin qapılarınıNeçin gah açırsan,gah qapayırsan?
Sənin gözlərinmi gənclik bağında,Yoxsa nərgizlərin sayrışıb oynar?Yoxsa çıxılmayan eşqin dağındaÖmrümün dirilik çeşməsi qaynar?
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-senin-gozlerin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Dəli könül, səndə nələr dolanırDəli könül, səndə nələr dolanır,Biri qışdı, biri payız, biri yaz.
میان ما و شما بود پیش از آن پیوندکه جان علوی ما شد در این قفس در بند
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,