Torpaq sevgisi
Qalxır təyyarəmiz göyün üzünə,Uçuruq Parisdən Bakıya sarı.Qaldırır buluda, endirir yerə,İnsanı insanın yaratdıqları.
Sayıram qəlbimdə saniyələri,Keçir hər dəqiqəm bir saat kimi.Uçmaq istəyirəm uçaqdan qabaq,Gərilir qollarım cüt qanad kimi.
İlahi, qəriblər nə çəkir görən,Mən ki yeddicə gün qürbət görmüşəm.Ürəyim sıxılır Vətəndən ötrü,Nə olsun qürbətdə cənnət görmüşəm.
Yaxşı ki, üz tutub, yön çevirməyə,Yuva var, ocaq var, ev var, eşik var.Gəl deyib insanı bağrına basan,Şirin bir layla var, isti beşik var.
Heç ola bilərmi yananda insan,Yadına çay gəlib, bulaq düşməsin?Gəzib-dolansa da uzaq elləri,Heç kəs öz elindən uzaq düşməsin.
1999 Paris
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-torpaq-sevgisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Sənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
GülöyşəSəni gördüm, cani-dildən şad oldum,Həsrət idim bir gülüşə, Gülöyşə.
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Zülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninZülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninSaldı səhralərə müşkini qəzali-Xütənin.