Qara xəbərin acısı
Yuxudan qaldırdılarməni, dərin yuxudan,Rəngim ağappaq oldusəksəkədən, qorxudan.Gördüm başımın üstədayanıb Bəhlul balam,O anda, o saatdabaxışı məlul balam.Gördüm nəsə sözü var,deməyə çatmır gücü,Bir anın intizarımin il qədər üzücü.Bəd xəbəri deyəndəinsanlar fağır olur,Bir sözün ağırlığımin dağdan ağır olur:“Xəbər verdilər, ata,köçdü Heydər Əliyev,Vida dedi həyatal”.Bu söz başımın üstəçaxdı ildırım kimi,Parçaladı sinəmi,dağıtdı şırım kimi.İnanmadım bu sözünyanğısına, dağına,Güllə kimi atıldımekranın qabağına.Qəfil bu qara yellərhardan əsdi, bilmədim,Dişim dodaqlarımınecə kəsdi, bilmədim.Qarışdı göz yaşlarımdodağımın qanına,Döndü gözümdə dünyabir matəm meydanına.
Bircə damla göz yaşıbuludlardan ağırdı,Göydən yox, o gün yağışgözlərimdən yağırdı.Mən belə ağlamışdımqanlı fələk ilk dəfəürəyimi qıranda:Yetim qalıb atamıtorpağa tapşıranda,O məzarın önündəboynubükük qalanda,Körpə çiyinlərimdədağ boyda yük qalanda.Mən belə ağlamışdım20 Yanvar günü,Mən belə ağlamışdımVətənin ağlar günü.Dönmüşdü gözlərimdəqəmli bir tamaşaya,Mən belə ağlamışdımXocalıya, Şuşaya.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qara-xeberin-acisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni