“Heydər köçdü” deyəndə
Sazın sinəsi yandı,muğamat xal itirdi,Bülbüllər yaşıl çəmən,çiçəklər bal itirdi,Qaya xınalı kəklik,zirvə qartal itirdi, —“Heydər köçdü” deyəndə.
Od tutdu ağ zirvələr,dağların qarı yandı,Alov düşdü güllərə,ağ yandı, sarı yandı,Könlümün kamançası,ruhumun tarı yandı, -“Heydər köçdü” deyəndə.
Əklillər yasa batdı,tər çiçəklər ağladı,Üzüldü kimsəsizlər,sındı təklər, ağladı,Baxdı bu günə sarı,gələcəklər ağladı,Ağsaqqallar sızladı,ağbirçəklər ağladı, —“Heydər köçdü” deyəndə.
Çağlarını yaşadıqən şirin çağlar kimi,Boynumuzda haqqı varən ağır dağlar kimi,“Xəzəl oldum töküldümviranə bağlar kimi”, —“Heydər köçdü” deyəndə.
Sağı-solu görünməzbir izdiham ağladı,Sındı şair qələmi,daşan ilham ağladı,Gilə-gilə yaş tökübəriyən şam ağladı,Səhər bükdü boynunu,qərib axşam ağladı, —“Heydər köçdü” deyəndə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-heyder-kocdu-deyende
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Könlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriYetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!