Bu qaynar ömrümü, coşqun ömrümü,Bu çaşqın ömrümü, daşqın ömrümü,Sevdanın ömrünü, eşqin ömrünü,Sənə həsr eyləmək həvəsindəyəm!

Gələn günlərimi, saatlarımı,Sabaha açılan qanadlarımı,Bütün toylarımı, büsatlarımı,Sənə həsr eyləmək həvəsindəyəm!

Açılan səhəri, gələn axşamı,Süzülən badəni, içilən camı,Yazılan kitabı, əriyən şamı,Sənə həsr eyləmək həvəsindəyəm!

Günəşdən aldığım nuru, ziyanı,Çiçəkdən aldığım rəngi, boyanı,Torpaqdan aldığım gücü, mayanı,Sənə həsr eyləmək həvəsindəyəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern