Bir tərəfdə Qarabağkənd-kənd talanıb gedir,Bir tərəfdə Lənkəranoda qalanıb gedir,Eşidəndə adamınürəyi al-qan olur,Gah “Ləzgistan” yaranır,gah “Talış-Muğan” olur,Hər fəlakət dalıncabir fəlakət doğulur,Cavad xanın Gəncəsiod içində boğulur,Hər eldə bir qoçu var,hər mahalda bir lotu,Sanki dilotu yeyibdanışanlar, dilotu.Sözü var, əməli yox,ayağı var, əli yox,Aqillər nişandadı,ağıllılar hədəfdə,İki adam əyləşibbir üzə gələ bilmir,Hərəsi bir yandadı,hərəsi bir tərəfdə.Həsrətini bir ev yox,oba çəkir, el çəkir,Xilaskara göz dikib,xalqın gözü yol çəkir.Onun adını çəkənAlır öz ölümünügözlərinin altına,Gözləri baxa-baxabu həyatdan əl çəkir,Qətlinə fərman verir,ölümünə qol çəkir.Onun adı gələndəağız büzənlər də var,Qorxusundan girməyədeşik gəzənlər də var.“Birdən danışar” deyib,Telefon xətləriniqırıb-kəsənlər də var.Tərəddüdlər, yalanlar,şübhələr, ehtiraslar,Ölümlər, intiqamlar,didişmələr, qisaslar:“O gəlsə, filankəsinkitabı bağlanacaq,O gəlsə, filankəsinlap dədəsi yanacaq,O gəlsə, filankəsinçatdı sonu, axırı,O gəlsə, filankəsinaçılacaq paxırı.O gəlməsə, millətinölüm günü gələcək,qəbir günü gələcək,Köç günü, sürgün günü,Sibir günü gələcək.O gəlməsə, batacaqdövlət adlı bir gəmi,Nə arxası qalacaq,nə dostu, nə həmdəmi.Yaşasınmı bu millət,ölsünmü, ölməsinmi?Millətin böyük oğlugəlsinmi, gəlməsinmi?”.Çəkdi düzü, əyrinitərəzinin gözündə,Xoş gündə, xoş saatdaxalqın üzünə baxdı,Allah iftiranın yox,haqqın sözünə baxdı,Ər itirən sonalar“O gəlməlidirl” — dedi,Oğlu ölmüş analar“O gəlməlidirl” — dedi,Sinəsi dağlı qalan,Od-ocağı kül olubQapısı bağlı qalan“O gəlməlidirl” — dedi,Toyu yarımçıq qalanGəlinlərin əlindəngetməmiş xınası da,Neçə-neçə şəhidinAğlayan anası da“O gəlməlidirl” dedi,Xalqın uzağı görəndüşüncəli başları,Böyük şəxsiyyətləri,Böyük vətəndaşları“O gəlməlidirl” — dedi,Əsən külək, axan su,düşən yarpaq, coşan çay,Ürəkdən qopan səda,Könüldən qalxan haray“O gəlməlidirl” — dedi.Onu zaman çağırdı,Onu ürəkdə təpər,damarda qan çağırdı,Ayağa durmaq üçündizində hey qalmayan,Yanı üstə can verənAzərbaycan çağırdı!Hökmü budur Allahın:bir kimsəni ölümdənqurtarmaq istəyirsə,Ona qızıl xonçadaqırmızı nar göndərir,Ürəyi yananlarıhəyata qaytarmağaDağların zirvəsindənbir ovuc qar göndərir.Hökmü budur Allahın:bir xalqı, bir millətiYox olmaq bəlasındanhifz etmək istəyirsə,O xalqı xilas üçünQəlbi Allaha bağlıbir xilaskar göndərir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland