Nəyin qənimi yoxdu,görəsən, bu dünyada?Varaqlanır xəyalım,nələri sallam yada.Vəhşiləşən küləklərçiçəklərin qənimi.Ovu qana bulamaqovçuların peşəsi,Qızıl güllə quşların,tüləklərin qənimi.Vəhşilər öz yeminiqopardar çəngə-çəngə,Quzuları qurd basar,ceyran yemdi pələngə.Tamah gözəlliklərin,iştah ətin qənimi,Təbiətin övladıtəbiətin qənimi.Bir gül açılan kimişaxta buynuz göstərir,Həyat “yanana atəş,donana buz” göstərir.Dedi-qodu, şər-xətatəmiz adın qənimi,Zindan, məhbəs, xəbislikistedadın qənimi.Peyğəmbərlik yolundaçarmıx var, daşqalaq var,Şairlik yollarındamin cürə badalaq var.

Hər imanın qənimibir yezitdi, şümürdü,Qənimlər cəmiyyəti,Vəhşilər təbiətiovuc-ovuc sümürdü,parça-parça gəmirdi.Yenə dözdü təbiət,Yenə dözdü cəmiyyət,Dözməsə neyləyəcək,canı daşdı, dəmirdi.Yaşayırıq dünyada,bu da bir cür taledi,bu da bir cür ömürdü.

2002, 28 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets