Hələ
Ağrılı, həsrətli butalar görüb,Qaçmışam dalınca, yetişməmişəm.Gözlərim nə qədər xatalar görüb,Hələ çoxlarından ötüşməmişəm.
Yarım sola düşüb, yarım da sağa,Yarılmış yarayam, bitişməmişəm.Mən iki ürəkdə bir can olmağa,Hələ kamilləşib yetişməmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-hele
Use ← → keys to move, R for a random poem