Dağ da namaz qılır, daş da, ağac da,Əyilir torpağa, ucalır göyə.Dilində dualar düzülür səfə,Tanrı dərgahına qovuşsun deyə.

Dağlar namaz qılır düzlərə sarı,Düzlər namaz qılır dağlara sarı.Şükür duasıdı öz Allahına,Çiçəyin, yarpağın pıçıltıları.

Canlı da, cansız da can atır göyə,Qüvvəti yerdədi, dayağı yerdə.Bütün inamların, əqidələrinBaşı buluddadı, ayağı yerdə.

Fəsillər özü də namaz üstədi,Səcdədə həm qış var, həm yaz var, Allah.Çoxdan itirərdi dünya səmtini,Nə yaxşı qiblə var, namaz var, Allah.

2009, 30 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love