Yaxşı ki...
Səhərə salamat çıxmaz bu gecə,Dan yeri zülməti atacaq çölə.İşıq doğulmasa qaranlıq ölməz,İnsanın göz yaşı çevrilər gölə.
Sabahın nuruyla yuyular, ancaqGecənin nə qədər günahları var.Ümid nöqtəsidi, inam yeridi,Yaxşı ki, dünyanın sabahları var.
2009, 31 iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yaxsi-ki
Use ← → keys to move, R for a random poem
More by this author
İstanbulda quşlar qondu çiynimə,Aman Allah! Quşlara bax, quşlara.
Məhməd Akif Ərsoyun ev-muzeyindəTürk dövlətinin başçısı Mustafa Kamal paşa ölkənin him -*nini yazdırmaq üçün 724 şairin iştirak elədiyi bir şeir müsabiqəsi*
Qoşa sətirlərBu sətirləri böyük türk şairi*Nəcib Fazil Qısakürəyin ruhuna bağışlayıram*
Həyat – ölümMəni öldürən həyat, nifrət edirəm sənə,Məni yaşadan ölüm, hardasan, tez gəlsənə!
Poems by other poets
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,