Özünü öldürmək istəyən adam
Cahillə alimin arasındadı,Zülümlə zalımın arasındadı,Ölümlə qalımın arasındadıÖzünü öldürmək istəyən adam.
Beynində dumanlı səhər gəzdirir,Qəlbində qəm çəkir, qəhər gəzdirir,Cibində xəlvəti zəhər gəzdirirÖzünü öldürmək istəyən adam.
Qara qış gətirir yaşıl yazına,Dözmür, ağrıların dözmür nazına.Bir kəndirə baxır, bir boğazınaÖzünü öldürmək istəyən adam.
Çəkir əllərini yar ağacından,Üzür ümidini bar ağacından.Qurtuluş gözləyir dar ağacındanÖzünü öldürmək istəyən adam.
Dünya nə, karvan nə, köç nə, istəmir,Günah nə, savab nə, suç nə, istəmir.Ölümdən savayı heç nə istəmirÖzünü öldürmək istəyən adam.
Yıxır küməsini, yıxır damını,Yandırmaq istəmir sönən şamını.Özü hazırlayır öz edamınıÖzünü öldürmək istəyən adam.
Ağlar ürəyini güldürə bilmir,Dərdini heç kəsə bildirə bilmir,Öldürüm desə də, öldürə bilmirÖzünü öldürmək istəyən adam.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ozunu-oldurmek-isteyen-adam
Use ← → keys to move, R for a random poem
More by this author
Bu, ömür-gün yollarıdı,varlı keçir, kasıb keçir,
Allahın sözünü sevənlər yazırİlahi hər kəsə bir nemət verir,Kimi qələmdədi, kimi fırçada.
Kəpənək zərifliyiÖzü bircə dəfə getməyən yerə,İnsanı min dəfə fikir aparır.
Cəza yeriRuhumuz taxtanı kaman eylədi,Ahımız od oldu, saza yeridi.