Cəza yeri
Ruhumuz taxtanı kaman eylədi,Ahımız od oldu, saza yeridi.Gördük ki, bu dünya hər addımbaşı,Fəlakət yeridi, qəza yeridi.
Hər toyun axırı döndü bir vaya,Mum oldu qaradaş, əzildi qaya.Sevinc həvəsiylə gəldik dünyaya,Gələndə gördük ki, əza yeridi.
Kəndiri yağlıdı – asdırmaq üçün,Torpağı hazırdı – basdırmaq üçün,İnsanı əbədi susdurmaq üçün,Qəbir insanların cəza yeridi.
2003, 16 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ceza-yeri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Niyə durnamDurnam, getmə, qatar-qatar,Səni mənim ahım tutar.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır