Kəpənək zərifliyi
Özü bircə dəfə getməyən yerə,İnsanı min dəfə fikir aparır.Uçurumlar dibinə, dağlar başına,Xəyal qəlbimizi çəkir aparır.
Fikirlər qanadlı, duyğular xumar,Dünyamız genişdi, meydanımız dar.Ruhda bir kəpənək zərifliyi var,Yellər qanadına bükür aparır.
Göy bizi tutsa da yağışa, qara,Bağlanmır bənd-bərə, kəsilmir ara.Eşqimiz qalxanda ucalıqlara,Dilində Allaha şükür aparır.
2003, 15 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-kepenek-zerifliyi
Use ← → keys to move, R for a random poem
More by this author
Ömrüm boyu baxdım duru sulara,Dünya məni bulandıra bilmədi.
İnsanVaxt olur, ox kimi çıxır yayından,Vaxt olur, yay kimi qırılır insan.
Mənim ölümüm də gözəl olacaqKiminsə başına vaxtsız yağsa qar,Ruhum oda dönər, buza çevrilər.
Təkcə bələyini gətirmir gələnHər insan özüylə dünya gətirir,Dünyaya özünü gətirir gəlir.
Poems by other poets
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Unudulmuş parçalarBağrımı qan eyləmiş ay üzlü bir gül yanaq,Mən ölməsəm, vüsalı nəsibim olmayacaq.
KeçərBir də yolum düşsə yar otağına,Mənim işim hamı kəsdən saz keçər,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd