Qayıtdım
Ruhum silkələndi vətən deyəndə,Ağrılar çəksə də dara, qayıtdım.Min ağrı bir dostun telinə dəyməz,Dosta, sevgiliyə, yara qayıtdım.
Ömrümdə iz qoydu şaxtalı bir qış,Sinəmin üstündən kotan çəkdi xış.Köhnə yaralarım qaysaqlanmamış,Sinəmdə təzə bir yara, qayıtdım.
Qəfil dağ-dağ oldu dağlar dağımdan,Yellər xəbər yaydı qəmli çağımdan.Mən bütöv getmişdim od-ocağımdan,Döndüm vətənimə, para qayıtdım.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qayitdim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Seyrinə gəl Təbrizinİnqilab yurdudur o,
ItilgetHər kəs özü qəm çəkməyə daradır, itilget!Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
Rubaiyat, 119ای فتنهٔ خاص ای بلای دل عامخورشید فلک روی تو را گشته غلام
Qaç, at basdı! ("Qaç, oğlan! Qaç, at basdı! millət gəlir!")Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Ötüşdən çıxan bir cəmaət gəlir!