Ruhumun qardaşı
Zakir Fəxriyə
Həsrətin rənginə qurban,Gecikən zənginə qurban,Səsin ahənginə qurban,Yandı bağrım başı, Zakir.
Başımızı yağı qatıb,Dərdin ağır çağı qatıb,Zaman elə ağı qatıb,Yemək olmur aşı, Zakir.
Verən hökmünü sərt verdi,Əcəl adlı namərd verdi,Tale sənə bir dərd verdi,Ömrün boyu daşı, Zakir.
Sevinclə aramız sərin,Qəm ağırdı, yara dərin,Bizdən sonra gələnlərinÇatılmazmı qaşı, Zakir.
Biz çəkirik ahı, yası,Silmək olmur candan pası,Ürəyimin bir parçası,Ruhumun qardaşı, Zakir.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ruhumun-qardasi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Təalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Ağüzər söylənciTurq Parsanın ölümünə acıdı,Gedən daha acı olar qalandan.
Qəribə həqiqətGah coşar, gah susar, gah titrər səsi,Özü də sirlidir əməli kimi.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram