Təbrizdəyəm! Təbrizdəyəm!Hər enişdə, hər yoxuşda,hər cığırda, hər izdəyəm!Damladayam, ümmandayam,bulaqdayam, kəhrizdəyəm!Həsrət adlı dağ yıxılıb,sevinc adlı dənizdəyəm!Gözlərimə inanmıram,heyrətimdən bağırıram,Mən dünyanı sevinciminbayramına çağırıram!

Birinci görüşümüzİyirmi il əvvəlinsərin bir yuxusuydu.Ciyərimə çəkdiyimbir çiçək qoxusuydu.İkinci görüşümüzYazıldı qismətimədüz altmış yaşında,Bu gün qalib çıxmışamhəsrətin savaşında!Ürəyim dopdoludu,içərim tərtəmizdi.

Təkcə Ərk qalası yox,Tək saat meydanı yox,Təbriz başdan-başaMüqəddəs tariximizMüqəddəs türbəmizdi.

Təbrizdəyəm, Allahım!Gözəllər nə gözəldi,oğullar nə şirindi.Salamlar nə səmimi,sevgilər nə dərindi.

Çöhrələr nə baxımlı,baxışlar nə durudu.Hər gördüyüm təbəssümÖmrümün yaraşığı,gözlərimin nurudu.

Bu gün sinəmin üstəTəbriz bir telli sazdı,Düz iki yüz ildi ki,həsrətdən oxuyuruq.O sazın tellərindəBircə görüş eşqinəmin il ötsək də azdı.Təbriz bir telli sazdı,o sazın saz bəndiyəm,O sazın müəmması,tilsimiyəm, bəndiyəm.Çanağı, pərdəsiyəm,simi, təzənəsiyəm,Ululaşan millətinəfsanəvi səsiyəm.

Təbriz bir ulu ruhdu,o ruhu daşıyanam,Məqbərəyəm, türbəyəm,sarayam, aşiyanam.Təbriz mənsiz olmasın,bir gün, bir saat belə,Bəlkə on min ildi ki,Təbrizlə yaşıyanam!

Neçə yaşıl bağçadan,neçə bağdan keçirəm,Küçələri çəkirəmgözlərimə şəkiltək.Ərhabdan, SevgilandanKüçəbağdan keçirəm.Bu Gərəndab küçəsi,bu da qədim Maralan,Cazibə qüvvəsidihər daşı, hər kərpici,Hünərin var uzaq düş,gücün çatır aralan.

Lilavası mənimdir,Şamqazanı mənimdir,Şair olsun, ya alim,memar olsun, ya rəssam.Həm tarix yaradanı,həm yazanı mənimdir.

Bura Təbrizdi! Təbriz!Həm mənli, həm də mənsiz!Dilim, ağzım qurusun,o mənsiz ola bilməz,Onun sevgi rəngləriheç zaman sola bilməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland