Aşıq Əkbərə
Əkbər əmi, ucalsa da göylərə,Səsin yerə məhəbbətin səsidir.Oxuyursan, bulaq düşür yadıma,Bu zümzümə təbiətin səsidir.
Yeri gəlsə həvəsindən ağlayan,Öz meylini ürəklərə bağlayan,Otuz ildir bir sinədə çağlayan,Könül dolu şeriyyətin səsidir.
Bu səsinlə oxu, alış, oxu, yan,Bəxtəvərdi bülbül olub oxuyan.Eşqimizi ilmə-ilmə oxuyan,Ölməz olan bir sənətin səsidir.
Çiçək kimi qoxladıqca ətrini,Zəlimxan da əziz tutur xətrini.Ellər bilir qiymətini, qədrini,Bu qəhqəhə o qiymətin səsidir.
1976, 31 iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-asiq-ekbere
Use ← → keys to move, R for a random poem
More by this author
Həyat yoldaşını çox erkənitirmiş bir kişinin dilindən
Yarla yarın arasındaSürücüm Təyyar MehdiliyəYol uzanır dilənçidən şaha doğru,
Dedim - dediDedim: — Gur saçların nə tez ağardı,— Payızın saldığı qırovdur, — dedi.
Sənə qalmayacaq. sənin olanlarSənə qalmayacaq sənin olanlar,Tulla min sevinci, bir qəmi saxla.
Poems by other poets · Nature and spring
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
GörmədimÇox gözlərə baxdımsəmavi, siyah,
Dünya saheyi-qəmdirGülşəni-aləmdə bir gül varmı bixar olmasın?Hansı bülbüldür cəfayi-xardən zar olmasın?