Həyat yoldaşını çox erkənitirmiş bir kişinin dilindən

Könlü zərif bir çiçək,qəlbi xallı kəpənək,Göydən gülüş yağardıo deyib-gülən günü.Onun doğum günündəyenidən doğulardıq,Qoşa bayram edərdikdünyaya gələn günü.

Şirin nə var dünyadaanamız həyat qədər,Yüz il yaşasaq belə,qısadır saat qədər.Sinəm genişlənərdisonsuz Kainat qədər,Sevgilim sevincinimənimlə bölən günü.

Rəngin ağappaq kəfən,qapqara bulud mənəm,Daş dinər, lal dillənər,səssizlik, sükut mənəm.Torpaqda yatan odur,çürüyən tabut mənəm,Sevgimi dəfn eylədimsevgilim ölən günü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love