Başdaşında yazı
Gözləməyin yollarımı,Tapılmışdım, itdim daha.Dünya üçün tükənmişəm,Həyat üçün bitdim daha.
Bax bu lallığa, karlığa,Yol genişlikdən darlığa.Sirdaş oldum məzarlığa,Son mənzilə yetdim daha.
Başa çatdı vaxt, ərəfə,Çatdım sonuncu şərəfə.Çağırdılar Haqq tərəfə,Getməliydim, getdim daha.
2006, yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-basdasinda-yazi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Çadruyə yüzni, ey şux, diraz qılma məni
Çadruyə yüzni, ey şux, diraz qılma məni,Dağıtma kakilinə, biqərar qılma məni.
Gəraylı: Ey fələk, gündən artıqEy fələk, gündən artıq,Bu gözəlin cəmalı var,
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
BakıBir zamanlar adına eşq oxudum ellərə,Şimdi artıq qəlbimin içində inlə, Bakı…