Əgər inamın ölübsə
“Yarəb, bu uğursuz gecənin yoxmu sabahı?”M.A.Ərsoy
Əgər inamın öldüsə,bu həyatdan əlini çək,İnam öldü, iman öldü,demək, həqiqətin öldü.
Çəkməyə bir nəfəs yoxsa,uçmağa bir həvəs yoxsa,Yerə, göyə, sonsuzluğamarağın, heyrətin öldü.
Qaynamasa damarda qan,hər ağrıya yanmasa,Demək, dosta məhəbbətin,düşmənə nifrətin öldü.
Arzu, ümid, fikir, xəyal,uçan qollar, qanadlar,Qolun yoxsa, yolun yoxdu,gücün, cəsarətin öldü.
Diri-diri ölənlərçünnə görüş var, nə ayrılıq,Yad-doğma yox səndən ötrü,Vətənin, qürbətin öldü.
Molla çağır, Quran oxut,versin sənin “Fatihə”ni,Ölü gəldin, ölü getdin,hünərin, qeyrətin öldü.
Ey inamı ölən kimsə,könüllü get qəbristana,Çünki səndən çox-çox əvvəlruhun, qətiyyətin öldü.
2006, yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-eger-inamin-olubse
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
گر ملک تو مصر و روم و چین خواهد بودآفاق تو را زیر نگین خواهد بود
Məhəbbət aləmi qəmdirMəhəbbət ölkəsi qəm diyarıdır,O diyarda ağlayan çox, gülən yox.
Gəncənin yanındaQəbrimin üstünə gəldiyin zaman*Pak olan ruhumu xatırla bir an...*
بهار آمد که گلشن بوی آن گلپیرهن گیردسراپای چمن را باز در مشک ختن گیرد