Xudu Məmmədovun xatirəsinə

Xalqın sırasından getdi,Elin arasından getdi,Yanaqlarda yaşa döndü,Gözün qarasından getdi.Daşıdığı ağırlığaÜrək dözmədi, dözmədilŞaxta, ayaz yaman vurdu,Çiçək dözmədi, dözmədilAlim kimi alimiydi,İnsan kimi insanıydı.Təpədən-dırnağa kimi,İnsafıydı, vicdanıydı.Elin vicdanından getdi,Üzeyirin “Sənsiz”indən,Söz Allahı Füzulinin,“Şəbi-hicran”ından getdilZehniməizin, fikrimizinDoğan nurlu səhərindən,Sökülən danından getdilQəlbimizin sədasından,Gözümüzün nurundan getdilBayatılı Qarabağın“Segah”ından, “Şur”undan getdilİlmə-ilmə naxışlarınDanışan dilindən getdilDədəm Qorqud çalan sazınBəmindən, zilindən getdilDillənərdi asta-asta,Danışardı şirin-şirin.

Söz-söhbəti uzatmazdı,Cümlə qısa, mətləb dərin.Nə geyimdə, nə duruşda,Adilərdən seçilmədi.Bu adilik, bu sadəlikGözümüzdə, könlümüzdə,Gündən-günə böyüyərdi,Bircə dəfə xırdalanıb,Bircə dəfə kiçilməzdilBir ürəkdən min ürəyəZiya saçan ziyalıydı.Ünvanına tərif desən,Uşaq kimi qızarardı,Körpə qədər həyalıydılTək kitabdan almamışdı savadını,Bu torpağın hər qatındanŞirəliydi, mayalıydılDağı-daşı oxumaqdan yorulmazdı,Qayaları qat-qat olanDaş yaddaşı oxumaqdan yorulmazdı.Düşüncələr ümmanında qəvvas idilAllahl Necə həssas idilBu dağın yaşı neçədi?Ondan soruş, o bilərdilBu düzün daşı neçədi?Ondan soruş, o bilərdilBu daş hansı qaladandı?Ondan soruş, o bilərdilBu gül hansı taladandı?Ondan soruş, o bilərdilGörüşərdik Borçalıda,Görüşərdik Qarabağda.Qurulardı məclisimizGah aranda, gah da dağda.Ələ fürsət düşən kimi,“Ruhani”ni, “Dilqəmi”ni çaldırardı.

Hər havanın möcüzəsiOnun tərlan xəyalınıYerdən göyə qaldırardılOnun qəlbi həm sazıydı, həm tarıydı,“Segah”ıydı, “Şüştər”iydi, “Qatar”ıydı.Öz xalqını elə-belə tanımırdı,Dağı daş-daş, qaya-qaya tanıyırdı,Düzü rəng-rəng, boya-boya tanıyırdı.Ayağında dəmir çarıq,Əllərində dəmir əsa,Qarlı yollar basa-basa,Fikir verib hər addıma, hər qarışa,Hey çıxardıAzərbaycan torpağını axtarışalHər axtarış ürəyinin ağrısıydı, əzabıydılHər səfərin bar-bəhrəsiƏl-əl gəzən, el-el gəzənBir mənalı kitabıydılKitabları — bizim “Qoşa qanad”ımızlKitabları — varlığımız, həyatımızlXalqı üçün, eli üçünCanı qurban edənlərin,Düşüncələr dəryasındaÇox dərinə gedənlərin,Dərdi qat-qat, qəlbi şan-şan,Bağrı zədən-zədən olurlSonra durub deyirik ki,Vaxtsız ölüm nədən olur?Xudu alimlXudu xəttatlXudu rəssamlElmin yanan gur çırağı,Birdən-birə sönən bir şamlAlim kimi bir ömürdə,Neçə ömür yaşayırdı.

İnsan kimi,Daşınması çətin olan,Çox yükləri daşıyırdı.

Millət yükülQeyrət yükülTəbriz boyda həsrət yükülDüşmənlərə nifrət yükülNeçə eldən, neçə dildən,Neçə yerdən, neçə qatdan,Tükənməyən bu həyatdanZərrə-zərrə topladığı sərvət yükülBiz nə qədər dəmir desək, polad desək,Bər-bəzəkli min ad desək,Ürək nədir?Bir parça ətlYarı sevgi, yarı nifrətlDaş vurdunsa, sınasıdır,Od vurdunsa, yanasıdırlBircə dəfə soyuq baxsan,Buz baxışdan donasıdırlAdam kimi ayaqdan da ayaq olan,“Böyüklər”in başı üçün papaq olan,Əli üçün yaraq olan,“Böyüklər”in süfrəsindəQaşıq olan, çəngəl olan,Elmin nurlu yollarındaYeriyənə əngəl olan,Alimciyəz adamlaraDağlar boyda kini vardılOnun ayrı əqidəsi,Onun ayrı dini vardılBu din onun keçmişinə məhəbbətilBu din onun dünəninə sədaqətilBu din onun övladına —Toğruluna tapşırığı, əmanətilTəzə-təzə dərk edirik özümüzü,Təzə-təzə zaman açır gözümüzü.Təzə-təzə axtarırıq kökümüzü,Təzə-təzə daşıyırıq yükümüzü.Belə gündə bu millətəÖn cərgədə yeriyənlər gərək olur.Taleləri tarix kimi yazmaq üçün,Şama dönüb əriyənlər gərək olur.Bu gün bizə sən gərəksən,Torpaq kimi, hava kimi,Ocaq kimi, yuva kimilBu gün bizə sən gərəksən,Hikmət yazan qələm kimilNeçə-neçə sağalmamışYaralara məlhəm kimilÖzün yaxşı bilirdin ki,Hamı sevib sevilsə də,Hamı yanmır Kərəm kimilDüşünürəm öz-özümə:Niyə səni bəd nəfəsdən,Sırtıq üzdən, yaman gözdən qorumadıqlNiyə səni hərzə sözdən,Acı sözdən qorumadıq.Səndən nələr gözləyirdik,Neçə qatı açılmamışTəzə hikmət, təzə soraq,Təzə xəbər gözləyirdik.Arzumuzdan yarımadıq,Heyifl Səni yaşatmadıq,Heyifl Səni qorumadıqlYaxşıları qorusaydıq,Heç bu günə qalardıqmı?Min bir yerə parçalanıb,Bölük-bölük olardıqmı?Dünən elə itirirdik,Bu gün belə itiririk.

İtiririk, qazanmırıq,Qardaş, hələ itiririklGözəl alimlBöyük insanlMərd vətəndaşlSözümüzə baxmır bu gün,Gözümüzdən tökülən yaşlBu yaş nədir?“Nə tez getdi” yanğısıylaKönüllərdən qopan haraylBu yaş nədir?Coşan dəniz, dalğalı çaylBaxışlara enən bulud,Dodaqlara çökən sükut.Çiyinlərdə gedən tabutÇox görmüşəm,Belə axar, belə ləngər,Belə axın görməmişəmlMəhəbbəti bir bu qədərHaqqa yaxın görməmişəmlEl sevgisi, xalq istəyiDərya olur, dəniz olur.Xatirəyə dönən insan,Əzizlərdən əziz olur.Əbədiyyət yollarında ölməz olur bu xatirəlXalqın yaddaş çəmənində solmaz olur bu xatirəl

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets