Heç kəsin namərdliyiqorxuda bilməz məni,Bircə sən namərd çıxma,göstər əsl mərdliyi.Sən elə duruş gətirtufanların önündə,Sənə həsəd aparsınPalıdların duruşu,qayaların sərtliyi.

Mən bir palıd görmüşdüm,otuz il bundan qabaq,Şimşək çaxdı başında,bürüşüb yıxılmadı.Tufan yıxmaq istədi,alov yıxmaq istədi,Nəhəng gövdə, şax bədənYerindən oynasa da,kökündən yıxılmadı.

Çəkildi qara bulud,bulud altdan çıxdı gün,Çaxıb getmişdi şimşək,palıd yerində idi.Niyə yıxa bilməditufanlar o nəhəngi,Eşqi Tanrı yanında,kökü dərində idi.

O şax palıda bənzə,mənim qaynar ürəyim,Təngnəfəsəm deyibparçalanma, sıxılma.Düşmənim qəh-qəh çəkər,dostum yas tutub ağlar,Sənə yıxılmaq olmaz,sən möhkəm ol, yıxılmal

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets