Köçaköç
Köçaköç başlanıb çöldən, çəməndən,Güllər ürəyinə köçür şairin.Sular zümzümədə, çaylar harayda,Sellər ürəyinə köçür şairin.
Toxumu tutarlı, meyvəsi dadlı,Vurğunu, heyranı piyada, atlı.Sünbüllü, zəmili, bağlı-bağatlı,Çöllər ürəyinə köçür şairin.
Gözəllər utancaq, mən açıq-saçıq,Açıqlıq Allaha gəlməsin acıq.Qəlbin qapıları taybatay açıq,Ellər ürəyinə köçür şairin.
Dağ yolu, bağ yolu, təbiət yolu,Eşq yolu, pir yolu, mərhəmət yolu,Bir sevda uğrunda min zəhmət yolu,Yollar ürəyinə köçür şairin.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-kocakoc
Use ← → keys to move, R for a random poem
More by this author
Bilmirəm heç nəyi, lələ, bilmirəm,Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Bir Bayatı sənsən, bir Bayatı mənMənə can desən də, canım yox daha,Bir ruha, nəfəsə dönən çağımdı.
Bu axşamı sən gətirdinÖmrümüzün səhərləri, axşamları çox,Çiçək-çiçək ulduzları, ağ şamları çox.
Bu qız niyə havalanıb görəsənGörünməmiş bir sənətmi yaradıb,Bu qız niyə havalanıb görəsən?