Şair gözlərindən yuxu qaçanda
Torpaq ayağının altından qaçır,Üfüqlər başının üstündən qaçır.Elə bil kim isə doğma yerindən,Kim isə ən əziz dostundan qaçır,Şair gözlərindən yuxu qaçanda.
Bir az havasını kökləyə bilmir,Əlinin altından gümüş sim qaçır.Kiminsə ürəyi qubar bağlayır,Solmuş dodağından təbəssüm qaçır,Şair gözlərindən yuxu qaçanda.
Yerə də, göyə də salır vəlvələ,Dənizdə qasırğa, dağda zəlzələ.Körpülər qorxulu, keçidlər çətin,Kiməsə pusqu var, kiməsə tələ,Şair gözlərindən yuxu qaçanda.
Yetimtək boynunu burub gözləyir,Qürbət yollarında qərib gözləyir.Kiminsə həsrəti vüsala dönmür,Kiminsə ömrünü qürub gözləyir,Şair gözlərindən yuxu qaçanda.
Ən xoşbəxt anını itirib, demək,Xəstə dərmanını itirib, demək.Əyilib tərəzi, pozulub nizam,Dünya sahmanını itirib, demək,Şair gözlərindən yuxu qaçanda.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sair-gozlerinden-yuxu-qacanda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Dilim-dilimAşıq, nə yar deyib fəğan edirsən?Titrəyir ağzımda, yar, dilim-dilim.
Ey vay kim, can verdimü bir yari-cani tapmadımEy vay kim, can verdimü bir yari-cani tapmadım,Sərv boylu bir güli-ğönçədəhanı tapmadım,
EtirafSən şahsan, sultansan qulundur aləmMənim qulluğa da yoxdur gümanım.