Gəzirdim çölləri bir yaz axşamı
Gəzirdim çölləri bir yaz axşamı,Ruhumun, qəlbimin bir saz axşamı,Dünyanın ən xoşbəxt söz adamıydım.Şeirimi çiçəklər oxuyurdular,Arılar, böcəklər oxuyurdular,Səs-səsə vermişdi qarışqalar da,Xallı kəpənəklər oxuyurdular.Enmişdi yanıma göydən mələklər,Tanrılar, fələklər oxuyurdular.Bütün keçmişlərə çatmışdı şeirim,Bütün gələcəklər oxuyurdular.
İnana bilmirdim qulaqlarıma,Quşlar oxuyurdu şeirlərimi.Kəklik də, qartal da söz yarışında,Daşlar oxuyurdu şeirlərimi.Sünbüllü zəmilər dalğalanırdı,Düzlər oxuyurdu şeirlərimi.Oğullar söz açır “yaşıl ağac”dan,Qızlar oxuyurdu şeirlərimi.
Mənim şeirlərim boş dayanmayıb,Çöllərlə danışıb səyyah dilində.Dərdi ürəklərdən çəkib çıxardıb,Xəstəylə danışıb cərrah dilində.Yoxsula həmdəmdi dar komalarda,Sarayla danışıb padşah dilində.Dağ da başa düşür, daş da anlayır,Şair danışanda Allah dilində.
Anam necə dinir, necə danışır,Şeirimi anamın dilində yazdım.Məni dilləndirən, məni dindirən,Sevgimin, sonamın dilində yazdım.Sağlam əqidənin, saf təbiətin,Allaha inamın dilində yazdım.Halal kişilərdən halal söz aldım,Halal bir ilhamın dilində yazdım.
Gözümlə gördüm ki, bir yaz axşamı,Qəlbimin, ruhumun bu saz axşamıQəlbinə köçürüb təbiət məni,Torpağın, səmanın yaddaşındayam.Buludun, yağışın, otun, yarpağın,Zirvənin, dumanın yaddaşındayam.Dünən yer ayırıb, bu gün yer verib,Tarixin, zamanın yaddaşındayam!
2010, 26 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gezirdim-colleri-bir-yaz-axsami
Use ← → keys to move, R for a random poem
More by this author
Dağlar uca, düzlər geniş, dərələr dərin,Gəl çözələ yumağını xatirələrin.
Heç kim öz yükünü tək çəkə bilmirSevgisiz olanda həyatda insan,Bir qarışqa qədər yük çəkə bilmir.
Mənlə qəbrə gedən sirrBaxtımız haraydı, ündü,Ən ağlamalı gündü,
İldırımŞimşək elə çaxdı, deyirsən bu anYer göyün odunda bişəcək indi.
Poems by other poets
Təalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər