Sev, ey könül, sev
Çəməni, çiçəyi, gülü, naxışı,Buludu, dolunu, qarı, yağışı,Yanağı, dodağı, gözü, baxışı,Sev, ey könül, sev!
Qayanı, qartalı, zirvəni, dağı,Cığırı, keçidi, körpünü, tağı,Yaşılı, sarını, qaranı, ağı,Sev, ey könül, sev!
Dənizi, dalğanı, sahili, qumu,Zəmini, xırmanı, torpağı, şumu,Özəyi, bəzəyi, qabığı, tumu,Sev, ey könül, sev!
Üfüqü, Günəşi, ulduzu, Ayı,Çölü, şəlaləni, çeşməni, çayı,Vergini, bəxşişi, sovqatı, payı,Sev, ey könül, sev!
Boyu, yaraşığı, libası, donu,Şənliyi, nişanı, xonçanı, xonu,Doğumu, ölümü, əvvəli, sonu,Sev, ey könül, sev!
Havayı süzülmə, havayı axma,Boşuna gurlama, boşuna çaxma,Sevmək fürsətini əldən buraxma,Sev, ey könül, sev!
Səfər nə, karvan nə, köç nə qalmasın,Savab nə, günah nə, suç nə qalmasın,Sev ki, sevmədiyin heç nə qalmasın,Sev, ey könül, sev!
2010, 30 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sev-ey-konul-sev
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
به گلخن گرچه گل هم بشکفد، گلشن نخواهد شد
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları