Yarla yarın arasında
Sürücüm Təyyar Mehdiliyə
Yol uzanır dilənçidən şaha doğru,Dava gedir yoxla varın arasında.Nəfs-tamah gecə-gündüz döyüşdədi,Dava gedir başla qarın arasında.
Ocaq yanır, od nə bilsin sac nə çəkir,Başsız başda Allah bilir tac nə çəkir.Tox nə bilsin yoxsul kimdi, ac nə çəkir,Ülfət olmaz acla harın arasında.
Ürəklərin son qatına enmək yoxdu,Bülbüllərin cəh-cəhinə dönmək yoxdu.Eşitmək yox, danışmaq yox, dinmək yoxdu,Cəhənnəm var lalla karın arasında.
Yeri şumla, yurdu dinlə, torpağı ək,Çiçəyi dər, gülü qoxla, şırımı çək.Başın üstə çadır qursun çərxi-fələk,Gör nələr var yarla yarın arasında.
Qəlbimizin harayları, ünləri var,Sevgimizin tanrıları, dinləri var.Ömrümüzün isti-soyuq günləri var,Tər çiçəklə təzə qarın arasında.
Canımızda ağrı qalır, azar durur,Ortalıqda can alveri, bazar durur.Bu, taledi: beşik ilə məzar durur,İlk baharla son baharın arasındal
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yarla-yarin-arasinda
Use ← → keys to move, R for a random poem
More by this author
Göylərin bakirə vaxtı var idi,Göyün də göy kimi baxtı var idi.
Allahların davasıAllah baxır yuxarıdan,Bəndə baxır aşağıdan.
Girov“Gir” ovla deməkdir, bəlkə də, bu söz,Girdilər dağ vurub, daş ovlamağa.
GülməzQəlbinə qan damanların üzləri gülməz,Axşamları, gecələri, gündüzləri gülməz.
Poems by other poets · Nature and spring
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.