Gülməz
Qəlbinə qan damanların üzləri gülməz,Axşamları, gecələri, gündüzləri gülməz.
Ovçuya ov, qurda quzu, yemsizə yem olanların,Güləni tək-tək olar, minləri, yüzləri gülməz.
Heç kəsin torpağı inləməsin kafər əlində,Dağları dağ-dağ olan xalqın düzləri gülməz.
Siyasətin, xəyanətin qurbanı olan kəslər,Özgələri güldürər üstünə, özləri gülməz.
İllər boyu içərisi çürüyən kimsələrin,Kirpikləri qan-yaş tökər, gözləri gülməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gulmez
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Demirəm göy kimi ucadır adın,Yox, yox alçalmasın söhbətin, sözün.
Cavid gəlib, aç qoynunuTale, nə gözəl gündü bu, səninsafa gəldin.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
DüşmanlarımızDüşmanlarımız bizlərə Türk söyləmiş ancaq,Türkəm deməyən yurddaşımız düşmanımızdır!