Aygünün nazı, Bəhlulun sazı
Qaynar həvəsdi,Nəğmədi, səsdi.Dünyaya bəsdiAygünün nazı,Bəhlulun sazı.
Evin işığı,Körpə aşığı.Hər yaraşığı –Aygünün nazı,Bəhlulun sazı.
Gözəldir adı,Şirindir dadı.Toy-tamaşadıAygünün nazı,Bəhlulun sazı.
Yaz küləyidi,Dağ çiçəyidi.Gül ləçəyidiAygünün nazı,Bəhlulun sazı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-aygunun-nazi-behlulun-sazi
Use ← → keys to move, R for a random poem
More by this author
Mən burdaydım dünya binnət olandan,Mən burdaydım dünya cənnət olandan.
Zəlimxan Yaqubun Qayadan eşitdiyi səsə cavabıQəm kotanı sinəm üstən arx açıb,Dərd içimdə şırım-şırım ağlayır.
Osmanlı sultanı Birinci Əbdülhəmidi Krımdan gələn qara xəbər öldürdüOsmanlı-rus savaşı bütün şiddətiylə davam edirdi. Krıməldən getmiş, sərhədlərimizə hücumlar artmışdı.
Dəyişilən adların taleyiDilənçi kökündə Poltavadan Yaltaya, Qızıldaşa gələn, ordael-obanın cəlladına, cəlladbaşıya çevrilən, bir gecənin içində
Poems by other poets
Hanı on altı yaşlısevgilimin əlləri.
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
SevirəmKülüng qalxır, külüng enir,Birdən susur, birdən dinir.
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarındaMüsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.