Osmanlı-rus savaşı bütün şiddətiylə davam edirdi. Krım
əldən getmiş, sərhədlərimizə hücumlar artmışdı.
Padşah 1 Sultan Əbdülhəmid savaşırdı. Vətənindən qopa-
rılan hər qarış torpaq ürəyindən bir parça qoparır, içi qan
ağlayırdı.
Bir gün qoca Yusuf Paşadan bir məktub gətirdilər. Düşmənin
Özü qalasını ələ keçirdiyini və 25 min məsumun ruslar tərəfindən
öldürüldüyünü öyrənincə sarsıldı.
“Ah, məlunlarl” - deyə bağırdı və taxtına yıxıldı...
Vəziyyəti həkimbaşı Həsən Əfəndiyə bildirdilər.
— Yetiş, həkimbaşı, Əfəndimizin halı ağırlaşdı.
Həkimbaşı padşahı müayinə edincə vəziyyəti anladı. Padşah
üzüntüdən iflic olmuşdu.
Həkimbaşı:
— Sultanım, həyəcanlanmayın, — dedi.
Fəqət padşah acı-acı gülümsəyərək:

  • Həsən Əfəndi, - dedi, - padşahına yaxşı bax, bu, son
    xidmətindir, artıq padşahın əlindən aldırdın.
    Bu sözləri anlayan həkimbaşı özünü ələ ala bilməyərək
    hıçqırmağa başladı. Bir az sonra 1 Sultan Əbdülhəmid öldü...

(Yavuz Bahaduroğlu. Osmanlı Padşahları.
Tcild, səh. 539)
Qaranəfəs gəlir qara xəbərlər,
Döyür İstanbulu qara yel kimi.
Sarayda sultanı didir şübhələr,
Krımda türk qanı axır sel kimi.

Keçirir dumanlı xəyallarından,
Neçə sərkərdəni, neçə qazini.
Kimlər qazanmışdı, kimlər itirir,
Gör kimlər uduzur bu ərazini.

Gəraylar nəslinin başının üstə,
Demək qılınc çəkib, at oynadır yad.
Kim kimə əzilir, kim kimi əzir,
Gör nələr baş verir, ey dadi-bidad.

Sıxır Ağməscidi, Bağçasarayı,
Sıxır hər tərəfdən qara pəncələr.
Göstərir gücünü, verir hökmünü,
Qırğınlar, ölümlər, sərt işgəncələr.

Saray sultan üçün dönür qəfəsə,
Çırpınır, tapammır xilas yolunu.
Xəbərlər titrədir şahın taxtını,
Xəbərlər sarsıdır Anadolunu.

Kaş o qara kağız yazılmayaydı,
Kaş o qara kağız oxunmayaydı.
Məğlubiyyət sözü, məğlub kəlməsi,
Türkün qüruruna toxunmayaydı.

Bütün baxışlarda ölü bir sükut,
Bütün ürəklərdə ağrı-acı var.
Bu gün İstanbulun Fateh Məhmədə,
Bir Sultan Səlimə ehtiyacı var.

Hər sözü fəlakət, hər sözü ölüm,
Yetişdi məktubu Yusif Paşanın.
Oğulsan partlama, oğulsan ölmə,
Seyrinə baxanda bu tamaşanın.

Krım əldən getdil Qalibdi ruslar,
Yoxdu bundan böyük dəhşət, təhlükə.
Min il yağış yağsa yuyulan deyil,
Türkün tarixindən bu qara ləkəl

Sultan Əbdülhəmid gətirmədi tab,
Köklü ağac kimi qopdu yerindən.
Sultan yox, sultanlıq yıxıldı sanki,
İstanbul oynadı öz məhvərindənl

Elə bil ildırım palıdı vurdu,
Odlu sinəsini dağıdanda ah.
Ürək parçalandı sinənin altda,
Bir anın içində iflic oldu şahl

Gəldi həkimbaşı, gec idi artıq,
Nə desə, neyləsə əbəsdi, əbəs.
Dünyayla əbədi vidalaşırdı,
Dodaqda son cümlə, canda son nəfəs.

Bu ağır xəbərə canmı dözərdi,
Ruh çıxdı bədəndən uçan quş kimi.
Ölüm öz işini gördü bir anda,
Getdi yeri-göyü uçulmuş kimi.

Osmanlı tarixi beş gün içində,
Həm Krım itirdi, həm şah itirdi.
Krımı verməklə türkün dünyası,
Bəlkə də ən uca dərgah itirdi.

O gündən daş üstə qalmadı daşı,
Talandı, dağıldı Krım türkləri.
Dünənin ən böyük həqiqətiydi,
Bu gün bir nağıldı Krım türkləri.

Qan tökən doymadı qanlı savaşdan,
Göllər silələndi gözdəki yaşdan.
Asdılar boğazdan, kəsdilər başdan,
Qanında boğuldu Krım türkləri.

Krım türklərinin ağzının dadı,
Dilinin ləzzəti Krımla getdi.
Pay oldu hərəsi bir cəhənnəmə,
Əbədi cənnəti Krımla getdi.

Daşları yandırdı qəlbin harayı,
Dərd şair elədi Qazi Gəraylı.
Soldu çiçək kimi Bağçasaraylı,
Taxtı, səltənəti Krımla getdi.

Nəfəsi təngidi, canı sıxıldı,
Qovruldu, eşildi, yandı, yaxıldı.
Özülü laxladı, evi yıxıldı,
Puç oldu zəhməti, Krımla getdi.

Didildi pətəyi, dağıldı şanı,
Kəsildi taqəti, üzüldü canı.
Krım gəncliyinin toyu-nişanı,
Eşqi, məhəbbəti Krımla getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise