Seyrinə gəl Təbrizin
Seyrinə gəl Təbrizinİnqilab yurdudur o,Azadlığı yenə dəSinəsində qurdu o,Qucağında qurdu o.Gəlib bax Savalana:Azadlıq baharındanYenə gəlmişdir cana.Günəş, ay zirvəsindənBayraq kimi sallanan,Mayaq kimi sallanan.Təbrizin seyrinə gəl!Onun köksünün üstəİnqilab bayrağı var.Gözlərində yenə dəSəttarxan növrağı var,Bağırxan növrağı var.Ədalət işıq saçan,İnqilab bayraq açanİnqilablar qalası, –O anamın, anası –Təbrizin seyrinə gəl!Savalanın, Səhəndin,Laləli yamacındaOturub yenə dincəl.Necə xoşbəxtəm görün,
Təbrizimi bir dahaYenə gördüm vuruşan.Azadlığın yolunda,Ədalətin yolundaBir də yanan, alışan...Vətən oğlu, uzaqdanBaxma, Təbriz inciyər.O həsrəti, o dərdiÇoxdan ləbriz inciyər.O ah çəksə inan ki,Qanla dolar ürəyim.O dərd çəksə, yenə dəParçalanar diləyim,Yaralanar ürəyim.Ala gözləri dolsaTəbrizin, dolar gözüm.Titrək dodaqlarımdaQırılar yenə sözüm.Anamın anasıdırƏn şirin laylasıdırTəbriz mənim, ay ellər,Eşqimin çırağıdır,Ömrümün dayağıdırTəbriz mənim, ay ellər.Bir el məhəbbətidir,Ürəyimdə Təbrizim.İllərin həsrətidirÜrəyimdə Təbrizim.Çox gecikmişəm aman,Hayla məni Təbrizim,Qoy baş qoyum sinənə,Çağlayım dönə-dönə,Gəlim cana, Təbrizim.Azadlığın yolundaSəadətin yolundaDalğalı dəniz kimi,Çağla, ana Təbrizim,Çağla, ana Təbrizim!
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-seyrine-gel-tebrizin
Use ← → keys to move, R for a random poem