Günahlar yuyulmaz göz yaşlarıyla
Günahlar yuyulmaz göz yaşlarıyla,Sanma, su günahı yuyub aparır.Hər kəs öz suçunu, öz günahını,Qara tabutuna qoyub aparır.
Qəlbi də qanadar, ələ də batar,Qara tikan kimi bitər günahlar.Yıxıb yanı üstə çox oğulları,Üzrü günahlardan betər günahlar.
Bir köntöy baxışla, bir acı sözləQabarır, çəkilir, dikəlir günah.Əjdaha ağzından özünü gözlə,Nifrət yeyə-yeyə kökəlir günah.
Çox gözlər aldanıb göz yaşlarına,Aldadan sevinib, aldanan yatıb.Şübhələr, yalanlar burulğanında,Nə qədər insanlar qərq olub, batıb.
Yumaz göz yaşların günahlarını,Ümid bir damladan asılı qalar.Gecikən barışıq xəcalət olubYetimtək bir küncə qısılı qalar.
Daha göz yaşına ümid bağlama,Deyirlər qozbeli qəbir düzəldər.Deyirlər Allahın səbri böyükdür,Düzəltsə, bu işi səbir düzəldər.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gunahlar-yuyulmaz-goz-yaslariyla
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Ey aləm, Şəki, arif, QırağEy aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ
GəlsinQurduğum məclisə istəyim budur:Kimdə varsa vəfa, sədaqət, gəlsin.
MənəmDüşmüşəm qəm dəryasına ummanda üzən mənəm,Röyada çərxi aləmi dövr edib gəzən mənəm.