Elm ocağı, alim nəfəsi
Çata bilməyəndə evə, eşiyə,Ocaq qalamışıq bəzən qar üstə.Od varsa, qoyarmı ürək üşüyə,Uzanıb əlimiz alovlar üstə.
Bu elə ocaqdır, çör-çöpdən deyil,Közü ürəkdəndir, nuru ağıldan.Danışır insana nəsilbənəsil,Min bir həqiqətdən, min bir nağıldan.
Alim nəfəsindən od alır bura,Adı elm ocağı, nur ocağıdır.Qoynunda tarixlər boyanır nura,Bu yer insanlığın gur ocağıdır.
Ovcumun içitək xatırlayıramİlk dəfə qoynuna gəldiyim günü.O gündən qaynadı gözlərimdə kam,Başlandı qəlbimin toyu-düyünü.
İlk dəfə görürdüm həyatımda mən,İşığın bu qədər bol olduğunu.İlk dəfə görürdüm bircə ürəkdənMilyon ürəklərə yol olduğunu.
Ana qucağından ayrılsam da mən,Ən isti, ən geniş qucağa gəldim.Göz üstə yer verdi oğluna Vətən,O çağdan ayrılıb bu çağa gəldim.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-elm-ocagi-alim-nefesi
Use ← → keys to move, R for a random poem
More by this author
Çiyni tüfənglilər, əli qanlılar,Allahlıq eləyir, baş aparırdı.
Sürgündə can verdi Cavid ƏfəndiAtasının sürgündə faciəli ölümündən danışan birqadın məni heyrətə gətirdi. İlahi! İnsan insana necə
Turanın yollara baxan gözləriİtirdi nurunu şair gözləri,Adına böhtanlar deyildi getdi.
Qazax deyə-deyə ağlayan qadınBənzəyir başına qar yağmış dağa,Nurani bir ana qalxır ayağa.