Şairlərin qisməti
Sinəsi dağ-dağ olmaq şairlərin qisməti,Sinəm üsyan meydanı, qızarmış şişə qarşı.Zərbələrim hazırdı buynuzları qırmağa,Yumruqlarım qayadı qıcanmış dişə qarşı.
Neçə hiylə, neçə tor, neçə qarmaq, tilov var,Təpəmizdən od çıxır, canımızda alov var.Dünya geniş olsa da, min-min əsir, girov var,Şər oynadır atını hər xeyir işə qarşı.
Canda qeyrət yoxdusa, heyif boya, duruşa,Qeyrətsiz keçən ömür dəyməz bircə quruşa.Şair Don Kixot deyil dəyirmanla vuruşa,O vuruşur tərs gələn çərxə, gərdişə qarşı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sairlerin-qismeti
Use ← → keys to move, R for a random poem
More by this author
Can çürüdü nəm əlindən,Könül yandı qəm əlindən.
Sən Allah, dilinə qeybət gətirməUlduzdan danışaq, Aydan danışaq,Çeşmədən, dənizdən, çaydan danışaq,
Neylərəm?Dərdimin göyü var göylərdən geniş,Qalsın öz yerində, göyü, neylərəm?
Bölgü AllahındıAğlaya-ağlaya güldük dünyaya,Gördük göz dağından göz yaşınacan.
Poems by other poets · Fate
(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,
Bu sürati, filməsəl, bir dilbəri canan dururBu sürahi, filməsəl, bir dilbəri canan durur,Rahi-ruhəfza anın içində nazik can durur.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Mən gəzirəm bu yaşımdaMən gəzirəm bu yaşımda,Bu dünyanın qarasında.