Son günə dava saxlaram
Can çürüdü nəm əlindən,Könül yandı qəm əlindən.Ömrüm də tezbazar oldu,Neçə bəxti kəm əlindən.Məcnun kimi dərd gəzdirib,Başımda yuva saxlaram.
Od-alovu ahdan olub,Dərddən libas geyənlərə.Bir loxma çörək yerinəÖz içini yeyənlərə.İçərimdə ömrüm boyuQəmli bir hava saxlaram.
Toy günüm var, yas günüm var,Nəhs günüm var, xas günüm var.Düşməndən heyif almağa,Qisasa qisas günüm var.Ömrümə bir gün qalsa da,Qisasımı almaq üçünSon günə dava saxlaram.
2000, 15 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-son-gune-dava-saxlaram
Use ← → keys to move, R for a random poem