Qışın şaxtasındagəldim dünyaya,Çiçəklər göndərdiyaz xəbərini.Uçdum bir sevdanınqanadlarında,Elçilər gətirdiqız xəbərini.

Doğuldum, böyüdümməhəbbət kimi,Səpildim torpağabərəkət kimi,Haqq özü endirdibir sərvət kimi,Tanrıdan eşitdimsöz xəbərini.

Səs gəldi, səsiməsəda verdilər,Ruhumu atəşə,oda verdilər,Şirin bir yuxudabadə verdilər,Qorquddan öyrəndimsöz xəbərini.

Ağrılar dolaşırayağa, ələ,Həyat hər addımdaqurur bir tələ.Zəlimxan, getməyətələsmə hələ,Ölüm gətirəcəkbez xəbərini.2002, 5 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets