Sevə bilirsənsə
İnsanın eşq adlı bir Allahı var,Yaşasan gözəldi ömrün hər çağı.Hər günün sehrli bir sabahı var,Bu xoruz banıdı, bu səhər çağı.
Sevgidi varlığın ən şirin sözü,Cilvədi, naxışdı, nəğmədi, səsdi.Saflıq istəyənə bulağın gözü,Sevmək istəyənə dan yeri bəsdi.
Sarsılma düşəndə dumana, çənə,Nə sıxıl, nə darıl, nə üzül, yaşa.Sevgisiz bir gün də artıqdır sənə,Sevə bilərsənsə, lap yüz il yaşa!2000, 29 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-seve-bilirsense
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Sevgi gözəl bəladı,Bəlası mənə gəlsin.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalıHəzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali