Boşuna gəlmədi heç kəs dünyaya,Hərə bir sevdanın səsinə gəlir.Yanar ocaqlara tutdu üzünü,Ürəklər isinə-isinə gəldi.

Sevilənin dostu, sevənin yarı,Könül çiçəklərdən bal çəkən arı.Yaxşı adamların yaratdıqları,Yaman adamların pisinə gəldi.

Saça bircə-bircə düşdükcə dənlər,Gözü pərdələdi gəzərgi çənlər.Zildən oxuyanlar, zildən gedənlər,Endi havaların pəsinə, gəldi.

Hay desən el-oba haya gələrdi,Çeşmələr coşardı, çaya gələrdi.Hamı bir-birinə toya gələrdi,Hamı bir-birinin yasına gəldi.

2010, 8 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring