Bağlamışdı
Mən sizə gələndə donmuşdu yollar,Dərələr, təpələr buz bağlamışdı.Hər tərəf süd kimi ağ görünürdü,Sular qaymaq tutub, üz bağlamışdı.
Canımdan keçərdim bu həyat üçün,Səninlə olduğum bu saat üçün,Mənimlə bir şirin zarafat üçün,Tilsimi bir gözəl qız bağlamışdı.
Mən kimə danışım dərdimi, kimə,Nəm düşüb mizraba, qar düşüb simə.Məndən tez tərpənib mənim bəxtimə,Qapılar üzünü tez bağlamışdı.
2005, 20 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-baglamisdi
Use ← → keys to move, R for a random poem
More by this author
Qorxmuram gecənin qaranlığından,Bir azdan dünyanın rəngi dəyişib,
Çəmən olsan, çiçəyini dərərdimÜz-gözündən Tanrı nuru tökülür,Durulanıb bulaqdanmı gəlmisən?
Ağaca çiçək ver, çiçəyə bar verBulağı gözündən eyləmə, Tanrım,Gözü qurudusa, kor deyəcəklər.
İlk andımız, son andımız TurandıTəntiməyin, tələsməyin, çaşmayın,Yerli-yersiz həddinizi aşmayın,
Poems by other poets
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
OlsunYoldaşlarım bu gün dava günüdür,Hazırlaşın mövlam sizə yar olsun
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm