Mən getdim, məni gözləmə
Daha bu yer çiçəklənməz,Çiçəkləri ləçəklənməz.Kifir olar, kafir olar,Gözəlləri göyçəklənməz,Mən getdim, məni gözləmə.
Ruha sirdaş olammadın,Haqqa qardaş olammadın.Mən hönkürüb ağlayanda,Gözümdə yaş olammadın,Mən getdim, məni gözləmə.
Məni əzən əzab haqqı,Oxuduğum kitab haqqı,Mən verdiyim suallaraVermədiyin cavab haqqı,Mən getdim, məni gözləmə.
Ruh uçar, bədən qayıtmaz,Çıxar cərgədən, qayıtmaz.Aylar, illər təzələnər,Qayıtmaz, gedən qayıtmaz,Mən getdim, məni gözləmə.
Lal olmuş bir bulud gözlə,Daş olmuş bir sükut gözlə,Mismarlanmış, möhürlənmişTaxta gözlə, tabut gözlə,Mən getdim, məni gözləmə.
Göy yetirməz, yer bitirməz,Sünbülü, dəni gözləmə,Mən getdim, məni gözləmə.
Səs olub neyə çəkilləm,Ah olub göyə çəkilləm.Yaradanın özü bilir,Göylərə niyə çəkilləm,Mən getdim, məni gözləmə.
Damar döyür, qan çağırır,Günəş doğur, dan çağırır.Sən gecikdin, çağırmadın,Məni çağıran çağırır,Mən getdim, məni gözləmə.
2005, 27 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-men-getdim-meni-gozleme
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
ŞadlıqBu gün qonaq düşdüm Kükəl kəndinə,Könlümün bülbülü dil açdı yenə.